image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5434c486-cde9-3f48-8a75-ed9728baf424_850jpg-1748865142

Praqmatik enerji diplomatiyası: Azərbaycandialoq və əməkdaşlıq məkanıdır

image-legitimaz-810x90

Praqmatik enerji diplomatiyası: Azərbaycandialoq və əməkdaşlıq məkanıdır

İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün enerji siyasətini və strateji nailiyyətlərini əhatə edən çıxışı ilə beynəlxalq ictimaiyyətə bir daha ölkəmizin enerji təhlükəsizliyi ilə əlaqədar uzunmüddətli və düşünülmüş yol xəritəsini təqdim etdi.

1990-cı illərin əvvəllərində yaranmış siyasi və iqtisadi böhran, eyni zamanda Ermənistanın təcavüzü müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün enerji sektoruna sərmayə cəlbi olduqca riskli və çətin görünürdü. Bu mürəkkəb və qeyri-müəyyən dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyətli liderliyi nəticəsində ölkəmizdə sabitlik bərqərar oldu və beynəlxalq neft şirkətləri ilə strateji əməkdaşlıqlar quruldu. O dövrdə imzalanmış “Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi müstəqilliyin təminatına çevrildi. İnvestisiya mühiti, enerji təhlükəsizliyi və gəlirlərin sosial-iqtisadi inkişafa yönəldilməsi ölkəmizin yüksəlişinin əsas amillərindən birinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası həmin strateji baxışın davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı Azərbaycanın enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi…

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki