Zərdab Rayon Polis Şöbəsinin inzibati binasında polis akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və valideynləri ilə görüş keçirilib
Xeberaz.info xəbər verir ki, görüş zamanı Zərdab rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verib.
Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib.
Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib, videoçarx nümayiş olunub.
Görüşün sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.