image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ocalan

PKK Türkiyə ilə sülh danışıqlarını dayandırır

image-legitimaz-810x90

PKK Türkiyə ilə davam edən sülh prosesində bundan sonra heç bir addım atmayacaq, Ankara danışıqları davam etdirməli və Abdullah Öcalanı azad etməlidir.

”Xeberaz.info” xəbər verir, bu barədə AFP-yə PKK-nın yüksək vəzifəli komandiri Amed Malazgird deyib.

“PKK liderinin atdığı bütün addımlar həyata keçirilib və bundan sonra heç bir tədbir görülməyəcək. Bundan sonra Türkiyə dövlətinin addım atmasını gözləyəcəyik və bunu da Türkiyə dövləti etməlidir. İki tələbimiz var. Birincisi, liderin azadlığı olmadan bu proses müvəffəqiyyətli olmayacaq. İkincisi, Türkiyədə kürd xalqının konstitusiyada və rəsmi şəkildə tanınmasıdır”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki