image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-pervin-abisova

Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat…

image-legitimaz-810x90

Jurnalist adı altında reketlik edən Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova Nəsimi Rayon Polis İdarəsi tərəfindən həbs edilidikdən sonra dünən zərərçəkmiş onlarla şəxsə cəmi 130 000 manat olmaqla təzminat ödəyiblər.

Xeberaz.info xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.

Məlumata görə, onların barəsində məhkəmə baxışı keçirilib və məhkəmənin qərarı ilə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar. İstintaq davam edir.

Xatırladaq ki, çox sayda şikayətlərə əsasən, Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova Cinayət Məcəlləsinin 182.2.4 maddəsi ilə (dəfələrlə şantajla pul tələb etmə) məcburi gətirilmə qaydasında saxlanılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki