image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-10ba9c2183530393b92793d5ef76c43d

Paşinyan Rusiya yönümlü daha bir fiqura qarşı HƏRƏKƏTƏ KEÇDİ – Abramyanın əmlakı müsadirə edildi

image-legitimaz-810x90

Ermənistanın Antikorrupsiya Məhkəməsi Rusiyada Erməni İttifaqının rəhbəri Ara Abramyanın şirkətinə məxsus Yerevanın Şimal prospektində yerləşən 2800 kv.m-lik torpaq sahəsinin müsadirəsinə qərar verib.

”Xeberaz.info” xəbər verir ki, məhkəmə “Soglasie Armenia” şirkətinin mülkiyyət hüququnu ləğv edib, ərazinin dövlət qeydiyyatını etibarsız sayıb və torpağın Yerevan icmasına qaytarılmasına qərar verib.

Həmin sahənin vaxtilə “Uşaq dünyası” mağazasına aid olduğu və qanunsuz şəkildə özəlləşdirildiyi bildirilir. Şirkət isə bu qərarın hüquqlarına zidd olduğunu bəyan edir.

Xatırladaq ki, Ara Abramyan daha əvvəl baş nazir Nikol Paşinyanı açıq şəkildə tənqid etmiş və təhqirə yol vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki