Pakistanda güclü partlayış baş verib.
“Xeberaz.info” “BBC” portalına istinadən xəbər verir ki, hadisə paytaxt İslamabadda təşkil edilən toy məclisindən sonra bəy və gəlinin gecələdiyi evdə qeydə alınıb.
Partlayışa səbəb qaz sızmasının olduğu bildirilib.
Nəticədə bəy və gəlin, eləcə də evdə olan daha 6 nəfər həlak olub. Onlarla insan isə yaralanıb.
Hadisə səbəbindən evin divarları uçub, qonşu evlərə də ziyan dəyib.



























