Pakistan Talibanı məhv etməklə hədələyib.
”Xeberaz.info’‘ xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif X hesabında yazıb.
“Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, – nazir vurğulayıb.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib.


























