Pakistan qüvvələri Əfqanıstanın Xost, Kunar və Paktika vilayətlərinə hava zərbələri endirib.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zəbiullah Mücahid məlumat yayıb.
“Xost vilayətində yerli sakinlərdən birinin evinin bombalanması nəticəsində azı 9 uşaq və bir qadın həlak olub. Pakistanın Kunar və Paktika əyalətlərində də reydlər keçirilib və nəticədə 4 mülki vətəndaş yaralanıb”, – o bildirib.


























