image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752934641_a12a9a7c7a30dcc09a14ed1d6242857f

Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub

image-legitimaz-810x90

Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub.

Azərbaycan və Özbəkistanı çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab  İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir.

Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdəndir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Özbəkistanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.

Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır. Hər iki ölkə arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı üçün birgə səylərin artırılmasının davam etdirilməsi, regionlararası əlaqələrin potensialından maksimum istifadə olunması, eləcə də kooperasiya üzrə yol xəritəsini qəbul etmək mühüm amillərdən biri hesab olunur.

Qeyd edək ki, Azərbaycan  həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss edib. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbini qeyd etmək lazımdır. Hazırda o məktəbdə 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Özbəkistanda çoxlu sayda belə məktəblər var və eynisi bizdə də inşa edildi. Bütün bu sadalananlar hər iki ölkə arasında müsbət inkişafın təzahürüdür.

Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqe nümayiş etdirir.

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki