image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751464621_e4f94d1695ad3ea72779eed4b8826857

Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir

image-legitimaz-810x90

Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir.

Son illərdə Mərkəzi Asiya və Qafqaz regionlarında iqtisadi-ticarət inteqrasiyanın intensivləşməsi müşahidə olunur. Bu prosesdə Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq xüsusilə diqqətəlayiqdir. Ortaq tarixi, mədəni və linqvistik köklərə malik olan bu iki dövlət ardıcıl olaraq strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirərək müxtəlif sahələrdə, xüsusilə də Özbəkistan idman sahəsində yeni uğurlar əldə ediblər. Azərbaycan xalqı Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edilir. Özbəkistan milli futbol komandası tarixində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazanaraq ölkə idmanında yeni bir səhifə açdı. Bu hadisə həm də Azərbaycan diasporunun fəal olduğu Özbəkistanda xalqlar arasında dostluğun və həmrəyliyin gücləndirilməsi baxımından da əlamətdar bir addımdır.

Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaş olaraq, biz buna ürəkdən sevinirik.

Görüş zamanı Cənab prezident İlham Əliyev Şavkat Miromonoviçi öz adımdan və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdi və qeyd etdi  ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsi olduğunu qeyd etdi.

Zərdab rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşı – Bahar Qurbanova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki