image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-245818_t1man7e97c

Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü

image-legitimaz-810x90

Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü.

“Prezident İlham Əliyevin Amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi çox humanist bir addımdır. Əlbəttə ki, cənab Prezidentin bütün siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun fəaliyyətinin əsas istiqamətlərindən biridir”. Amnistiya və əfv anlayışlarını dəqiq ayırmaq lazımdır: “Çünki tez-tez sual olunur ki, Prezident amnistiya təşəbbüsü ilə çıxış edibsə, kimlər əfv oluna bilər. Bu məqamı dəqiqləşdirmək vacibdir. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil edilir və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq olunur”, – o vurğualyıb. Komissiya üzvü əlavə edib ki, hazırda söhbət əfvdən deyil, məhz amnistiya təşəbbüsündən gedir və cənab Prezidentin belə bir təşəbbüslə çıxış etməsini bir daha alqışlayırıq: “Amnistiya aktı qəbul edilərsə, bu akt çərçivəsində aşağıdakı şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər: dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, yəni Vətən müharibəsində iştirak edənlər; 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarında iştirak edən şəxslər; həmin əməliyyatlarda həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları; Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər; mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərər görmüş şəxslər. Bir qayda olaraq, amnistiya aktına cinayət xarakterinə görə böyük ictimai təhlükə törətməyən əməllər daxil edilir. Yəni az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin amnistiya aktına düşmək ehtimalı daha yüksəkdir. Bu kateqoriyaya aid şəxslər ya tam azad edilə, ya cəza müddəti azaldıla, ya da cinayət məsuliyyətindən ümumiyyətlə azad edilə bilərlər. Eyni zamanda, ümumi hüquqi praktikaya əsasən qeyd etmək lazımdır ki, adətən amnistiya aktı ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məsələlər amnistiya aktının yekun mətnində dəqiq şəkildə göstərilir. Amnistiya aktının gözlənilən miqyasına gəldikdə isə deyə bilərəm ki, bu amnistiya aktı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra, ölkə ərazisində qanunların bütövlükdə tətbiqi fonunda qəbul edilir, miqyas etibarilə daha geniş olacağı ehtimal olunur. Mətbuatda yayılan məlumatlar da bunu deməyə əsas verir”. O xatırladıb ki, bundan əvvəlki Amnistiya aktı 2021-ci il Zəfər amnistiyası 17 mindən artıq şəxsə şamil edilib: “Növbəti Amnistiya aktı isə 20 mindən artıq insanı əhatə edəcək. Bu təşəbbüs hüquq dövləti prinsipləri, humanizm və mərhəmət dəyərləri, postmüharibə dövründə sosial reinteqrasiya, Konstitusiyanın ölkənin bütün ərazisində tam tətbiqi kontekstində qiymətləndirilməlidir”. “2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızın həyatında böyük tarixi hadisədir. Bu il, həm də tarixi Qələbəmizin 5-ci ildönümüdür. Bu əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Dövlət başçımızın bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq. Humanizm prinsiplərinə sadiqliyin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

 

Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqun


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki