image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-375649_c8j4wcjs1r-y46cina1w70xskv5eqfm

Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü

image-legitimaz-810x90

Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü

Prezident cənab İlham Əliyev ölkəmizə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Cənab Prezident bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı ilə Əfv fərmanı arasındakı fərq ondan ibarətdir ki, əfv Prezidentin səlahiyyətləri çərçivəsində fərdi qaydada ayrı-ayrı şəxslərə tətbiq olunan humanist aktdır. Amnistiya aktı isə Prezident başda olmaqla qanunvericilik təşəbbüsü olan şəxslər tərəfindən layihə şəklində Milli Məclisə daxil olur. Layihə Milli Məclisin müvafiq komitəsində müzakirə edildikdən sonra parlamentin plenar iclasına təqdim olunur və müzakirələrdən sonra qanun qəbul olunur. Amnistiya aktı qanundur və mütləq Milli Məclis tərəfindən qəbul olunmalıdır. Amnistiya aktı 20 min şəxsə şamil olunması son illərdə qəbul olunan Amnistiya aktından fərqli olaraq bu sənəd ilk dəfə olaraq istintaq və məhkəmədə işi baxılan amnistiya aktının təsiri altına düşən şəxslərə şamil olunucaq. Budəfəki Amnistiyanın 20 minə yaxın şəxsə şamil oluncağı bundan irəli gəlir.

Prezident cənab İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, daha minlərlə şərti azadlıqdan məhrum edilmiş və digər cəzalarla cəzalandırılmış şəxslərin cəzadan azad olunması gözlənilir. Cənab Prezidentin daim humanizm prinsiplərinə sadiqliyi nəticəsində ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü olub ki, ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq şəxsə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident cənab İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.

 

 

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki