image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8f45fda614abd12a94a8b05ba19caf1f

Orban Türkiyəyə GEDİR – Ərdoğanla DANIŞACAQ

image-legitimaz-810x90

Macarıstanın baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək. 

Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhaneddin Duran dekabrın 7-də “NSosyal”platformasında məlumat verib.

Məlumatda bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində iki ölkə arasında münasibətlər bütün aspektləri üzrə ətraflı müzakirə olunacaq, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki