Ölkə daxilində potensial risklər mövcud deyil
2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə, təkcə iqtisadi məsələlərə deyil, Azərbaycanın qlobal siyasətdə tutduğu mövqeyə dair mühüm mesajlarla yadda qaldı. Bu müsahibə, Azərbaycanın artıq regional aktor olmaqla kifayətlənməyib, qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi və iqlim çağırışları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, ölkənin uzunmüddətli strateji baxışının nəticəsi kimi təqdim olundu.
Müsahibənin əsas diqqət çəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin artıq yalnız karbohidrogenlərlə məhdudlaşmaması idi. Prezidentin vurğuladığı kimi, “yaşıl enerji”yə keçid Azərbaycanın milli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma ölkənin həm Avropa, həm də Asiya bazarları üçün əhəmiyyətini daha da artırır. Davosdan “Euronews” vasitəsilə səslənən bu mesajlar, əslində Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı açıq çağırış idi: Bakı dialoqa açıq, əməkdaşlığa hazır və qlobal məsuliyyət daşıyan dövlətdir. İqtisadi Forumu hər il dünya liderlərinin qlobal gündəliyi formalaşdırdığı mühüm platforma kimi tanınır. 2026-cı ildə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə isə bu platformada Azərbaycanın baxış bucağını aydın və prinsipial şəkildə ortaya qoydu. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyini və ardıcıl islahat siyasətini xüsusi qeyd edərək, dayanıqlı inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, siyasi müstəqillik və sosial məsuliyyətlə mümkün olduğunu vurğuladı. Bu yanaşma, qlobal miqyasda artan risklər fonunda Azərbaycanın niyə etibarlı tərəfdaş kimi qəbul edildiyini izah edir. Xüsusi diqqət çəkən məqamlardan biri Prezidentin regional əməkdaşlıqla bağlı mövqeyi oldu. Azərbaycan nəqliyyat, logistika və enerji xətlərinin kəsişməsində yerləşən ölkə kimi, yeni iqtisadi marşrutların formalaşmasında aktiv rol oynadığını açıq şəkildə bəyan etdi. Bu isə ölkənin geosiyasi çəkisinin artdığını göstərən mühüm amildir. Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə, sadəcə cari vəziyyətin dəyərləndirilməsi deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsi idi. Bu baxışda Azərbaycan müstəqil qərar verən, qlobal trendləri izləyən deyil, onları formalaşdıran dövlət kimi təqdim olundu.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

























