image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-07ed61aa537b99c93c8f63e891b1699a

Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”

image-legitimaz-810x90

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu sosial şəbəkədə İran xalqına ünvanlanmış emosional paylaşım edib.

”Xeberaz.info” xəbər verir ki, o, ərinin tez-tez səsləndirdiyi fikirlərə istinad edərək, İran xalqına dərin hörmət və anlayış mesajı verib:

“Həyat yoldaşım, Baş nazir Netanyahunun tez-tez dediyi kimi:
Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz – istedadlı və nailiyyətli bir millət, zəngin tarixə maliksiniz.
Biz sizin düşməniniz deyilik.
Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox.
Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq.”

Paylaşım qısa zamanda sosial mediada geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub.

image-photo_2025-06-23_14-58-57


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki