İsrail Baş Təhlükəsizlik Xidməti 70 yaşlı qadını Benyamin Netanyahuya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilərək saxlayıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Kan” televiziya şirkəti məlumat yayıb.
Müstəntiqlərin fikrincə, o, əldəqayırma partlayıcı qurğudan istifadə edərək hücum etməyi planlaşdırıb:
“Dindirildikdən sonra şübhəli bir sıra məhdudiyyətlərlə sərbəst buraxılıb. Onun hökumət başçısına yaxınlaşması və dövlət qurumlarına baş çəkməsi qadağandır. İki həftə əvvəl saxlanılan qadına rəsmi ittiham cümə axşamı günü veriləcək”.