image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b607aa5b163189869478808870710702347

Neft strategiyası

image-legitimaz-810x90

Neft strategiyası.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Respublikamızda ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi çöküşün pik həddə çatdığı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın həmin dövrdəki dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında vətəndaş müharibəsi həddinə gəlib çatan ölkəni böyük fəlakətdən qurtardı. Ulu Öndər bütün bunların qarşısını aldı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı.

Birinci prezidentlik müddətində Heydər Əliyev Azərbaycanda güclü və nizami ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, suveren respublikamızın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsinə, iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına nail olması ilə yaxın tarixə öz imzasını atıb. Ulu Öndərin ilk andiçmə nitqi bu baxımdan hazırkı qüdrətli Azərbaycanın haradan hara gələrək indiki inkişaf dinamikasına nail olması istiqamətində bir mühüm yol xəritəsini, ideya manifestini xatırladır.

Ümummilli Liderin dahiliyi, uzaqgörənliyi və qətiyyəti sözügedən nitqində bir daha bütün detalları ilə diqqəti cəlb edir. Xalqın məhz öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı bir vaxtda çiyinlərinə taleyüklü missiya götürən Ulu Öndər xalqın yekdil səsi ilə ona göstərilən etimadın, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərindən dərk etməklə yanaşı, ilk növbədə özünün də hər zaman qeyd etdiyi kimi, millətinin zəkasına, müdrikliyinə, qüdrətinə güvənir və arxalanırdı. Ulu Öndər Heydər Əliyev zaman-zaman xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməmiş, həyatının qalan hissəsini də bu işə həsr etmişdi.

Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış  və “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin əsas iştirakçısına çevrildi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoru oldu, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin  misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki