ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Pentaqon rəhbəri Pit Heqsetin Karib dənizində gəmiyə hücum zamanı “hər kəsi öldürmək” əmri verdiyi barədə mətbuatda yayılan məlumatları araşdıracaq.
“Xeberaz.info’‘ xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Biz bunu araşdıracağıq… Bilmirəm, baş veribmi… Amma Pit əmri vermədiyini söylədi”, – media ABŞ prezidentinin sözlərindən sitat gətirir.
Daha əvvəl “The Washington Post” öz mənbələrinə istinadən iddia etmişdi ki, Heqset Venesuela sahillərində gəmilərə hücumlar zamanı “hamını öldürmək” əmrini verib.


























