image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4d1f1d6e95eaccbf5e6858298184e8a5

Nazir açıqladı: Bu qədər müəllimin maaşına əlavələr ediləcək

image-legitimaz-810x90

72 mindən çox müəllimin maaşına əlavə ediləcək.

Xeberaz.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi başa çatdıqdan sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.

Emin Əmrullayev həmçinin qeyd edib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib:

“2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki