image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eliyev-cixis-yeni

Müstəsna diqqət və qayğı

image-legitimaz-810x90

Müstəsna diqqət və qayğı.

Müasir mətbuatımız bu gün  öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir. Mətbuatın müasir inkişaf tarixindən bəhs etdikdə isə sözsüz ki, müstəqillik tariximizi xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin 1993 – cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dahi şəxsiyyətin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Bu qətiyyətli addım “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət qayğısının nəticəsi olaraq bu gün Azərbaycan mətbuatı özünün inkişaf yolundadır. 2003-cü ildə cənab  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra mətbuata göstərilən diqqət və qayğı daha da artırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Beləliklə, 150 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, mənzil şəraitinin yaxşılaşdırılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Veteran müəllim Vəfadar Niftəliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki