image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-1499152925_6-nfh8je4ar2tb0576sxly

Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya

image-legitimaz-810x90

Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır. Dövlətimizin başçısı bu təşəbbüsü məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəli sürüb. Biz də əminik ki, bu amnistiyanın nəticəsində yüzlərlə, minlərlə soydaşımız öz həyatını yeni başdan qurmaq imkanı əldə edəcək və onlar ölkəmizin inkişafı prosesinə töhfə verəcəklər. Bu qərarın ictimai təsiri olduqca genişdir, belə ki, qərarın nəticəsi olaraq ailələrin birləşməsi, sosial gərginliyin azalması, cəmiyyətin humanist dəyərlər ətrafında daha sıx birləşməsi perspektivdə hüquqi sabitliyə və ictimai təhlükəsizliyə müsbət təsir göstərəcək.

Nəticə etibarilə, ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin bariz göstəricisidir. Bu addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil, eyni zamanda humanizmi, liberal dəyərləri, ədaləti və məsuliyyətli hüquq siyasəti ilə də nümunədir.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki