image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-089f7f1fbab337812e0910a3834eea6e

MİT rəhbəri Dəməşqdə – İbrahim Kalın Əş-Şaraa ilə NƏLƏRİ MÜZAKİRƏ ETDİ…

image-legitimaz-810x90

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi səfərlə Dəməşqə gedib və orada Suriya rəhbərliyi ilə bir sıra görüşlər keçirib.

Xeberaz.infoxəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Kalın Suriya prezidenti Əş-Şaraa, xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Suriya kəşfiyyat xidmətinin rəhbəri Əli əs-Səlam ilə görüşüb.

Tərəflər Türkiyə-Suriya münasibətlərinin inkişafını müzakirə ediblər. Görüşlərdə həmçinin PKK-nın özünü buraxması məsələsi, sərhəd-keçid məntəqələrinin, gömrük infrastrukturunun, həbsxanaların və İŞİD üzvlərinin saxlanıldığı düşərgələrin rəsmi Dəməşqə təhvil verilməsi müzakirə olunub.

Ankara bu məsələlərin həllində Suriyaya hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Bundan əlavə, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. İsrailin Suriya ərazisinə endirdiyi zərbələr, beynəlxalq sanksiyaların ləğv olunması zərurəti, terrorçu qruplaşmalara qarşı mübarizə və suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə vətənə qayıdışı üçün şəraitin yaradılması məsələləri geniş şəkildə müzakirə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki