image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c5d67b17e73056359a2c6b17f911c50a

Minskdə gecə yarısı HƏYƏCAN – Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA

image-legitimaz-810x90

Belarusun Müdafiə Nazirliyi gecə saatlarında paytaxt Minsk üzərində naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlandığını və zərərsizləşdirildiyini açıqlayıb.

”Xeberaz.info” xəbər verir ki, rəsmi məlumata görə, hava hücumundan müdafiə qüvvələri saat 02:00 radələrində PUA-nın uçuşunu müəyyən edib və dərhal tədbir görülüb.

“PUA saat 02:33-də Minskin Matuseviç küçəsində yerləşən 72 saylı binanın yaxınlığında elektron döyüş vasitələrinin təsiri ilə zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – deyə nazirlikdən bildirilib.

Hazırda PUA-nın hansı ölkə və ya qurum tərəfindən buraxıldığı məlum deyil.

Müdafiə Nazirliyi əlavə edib ki, hava məkanının nəzarətdə saxlanması üçün əlavə təhlükəsizlik tədbirləri görülür.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki