image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ea1818cb159221579717273152011111230

Milli qurtuluşa gedən yolun başlanğıcı

image-legitimaz-810x90

Milli qurtuluşa gedən yolun başlanğıcı.

Azərbaycanın müasir tarixi 1993-cü il oktyabrın 3-nü dönüş nöqtəsi kimi xatırlayır. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərək xalqın istəyi və iradəsi ilə ölkə rəhbərliyinə qayıtdı. Bu, yalnız bir seçki nəticəsi deyildi. Bu, Azərbaycan dövlətçiliyinin xilası, milli qurtuluş yolunun başlanğıcı, müstəqil dövlətimizin gələcək inkişafının təməli idi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ağır sınaqlardan keçib. Belə ki, 1991–1993-cü illər hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkar idarəçilik dövrü kimi tariximizdə qalmaqdadır. Dövlət institutları zəiflədilmiş, ölkənin suverenliyi təhlükə altına düşmüş, torpaqlarımız işğala məruz qalmışdı. Xalq yalnız bir çıxış yolu görürdü – bu, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası idi. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin dağılmasının qarşısını aldı, müstəqilliyimizin qorunmasını təmin etdi. Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinə qayıdaraq bütün ömrünü Azərbaycanın gələcək inkişafına həsr etdi. O, Vətənə sədaqətli xidmətin, peşəkar siyasətin, müdrik liderliyin simvoluna çevrildi. Ümummilli Liderin dünya miqyasında qəbul edilən siyasi peşəkarlığı, müzakirə olunan məsələlərin mahiyyətini milli maraqlar kontekstində izah etmək bacarığı, dərin analitik yanaşmaları və natiqlik istedadı dövlət başçısı olaraq üstünlüklərinin əsas göstəriciləridir. Ümummilli Liderin dəyişməz siyasi kursu, azərbaycançılıq ideologiyası müasir dövlətçilik düşüncəsinin, milli-mənəvi dəyərlərin və ümumbəşəri prinsiplərin sintezindən ibarət idi. Ümummilli Lider Heydər Əliyev siyasətdə planlı idarəetmənin, dəqiq strateji xəttin, iqtisadi inkişaf modelinin banisi oldu.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki