image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e19e69f7-9e65-4f70-8b0a-f3b50da8c9c0

Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərilə növbəti dəfə səyyar görüşünü keçirib – FOTOLAR

image-legitimaz-810x90

Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərilə birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha da dərindən öyrənmək üçün Zərdab şəhər Heydər Əliyev Mərkəzində növbəti dəfə səyyar görüş keçirib.

Xeberaz.info xəbər verir ki, görüşdə millət vəkili ona ünvanlanan sual və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Vətəndaşlar əsasən məişət problemləri, yaşadığı məhəllədə söhbətgahın quraşdırılması, işlə təminat, məişət və digər məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər. Görüş zamanı bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bəzi məsələlər nəzarətə götürülüb, digərlərinin həlli istiqamətində isə müvafiq tövsiyələr verilib.

Deputat daxil olmuş müraciətlərə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinin tam və hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.

Jalə Əliyeva, həmçinin vətəndaşlara Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, işğaldan azad edilmiş ərazilərimizin bərpası, ölkəmizdə həyata keçirilən islahatlar və xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar haqqında da geniş məlumat verib.

Qeyd edək ki, deputatla birlikdə rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və deputatın köməkçisi Firdovsi Eyvazov da iştirak edib.

 

Vüqar Rəhimov

 

image-7ae8dac4-b71f-4f10-9b79-cc1f9d738df9image-b8cb26f7-99fc-4be4-ae89-d8b2ded32e13image-e19e69f7-9e65-4f70-8b0a-f3b50da8c9c0image-edfe7c36-f30a-4707-9836-c6934c36ce29image-367ee641-451e-4048-9bc4-ea9ad57966e3image-c2cee250-66f2-47b6-b7be-0ff37e5bee53image-b16537ab-8bd8-4c8f-8d1a-edaebf3bbba8image-b85be130-8dc2-4fdc-b47a-94a880ac1d4dimage-49e3f140-0f8f-40c4-9ba2-20c7cf46082bimage-9d41ba7b-2ced-41cd-a1be-0c52bdd7fca9image-f2752f5b-e45f-4acd-b5fb-c075274086d9image-dcf6a946-2884-471e-83b3-f9920e9954f6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki