image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1747640855613

Millət vəkili Jalə Əliyeva “Gələcəyin səmasında Azərbaycan imzası” adlı tədbirdə iştirak edib-FOTOLAR

image-legitimaz-810x90

Millət vəkili Jalə Əliyeva bu barədə “Xeberaz.info“-a açıqlamasında bildirib.

Deputat həmkarlarımla birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin səmasında Azərbaycan imzası” adlı tədbirdə iştirak etdik.

Tədbir Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında keçirilirdi.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzdük, xatirəsinə ehtiramımızı ifadə etdik.
Tədbirin açılışında Ulu Öndərin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyev dühasının əzəməti, onun bənzərsizliyi, ölməz ideyaları və idealları haqqında danışdım, tədbirin əhəmiyyətini qeyd etdim.

Tədbir Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qaldı.

image-fb_img_1747640694062 image-fb_img_1747640697004 image-fb_img_1747640855613 image-fb_img_1747640858168 image-fb_img_1747640860385 image-fb_img_1747640863230 image-fb_img_1747640866046 image-fb_img_1747640868541

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki