image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-524608190_1330746422389395_2856205424061946275_n

Millət vəkili bu dəfə Zərdab rayonun İsaqbağı-Böyük Dəkkə və Dəkkəoba kəndlərində seçiciləri ilə görüşüb

image-legitimaz-810x90
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva 24 iyul tarixində Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili bu dəfə rayonun İsaqbağı-Böyük Dəkkə və Dəkkəoba kəndlərində seçiciləri ilə görüşüb.
”Xeberaz.info’‘ xəbər verir ki, görüşdən əvvəl, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Hər iki görüşdə qəbula gələnləri salamlayan millət vəkili, öncəliklə böyük Qələbəmizdən, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən nəhəng quruculuq işlərindən, ev sahibliyi etdiyimiz beynəlxalq tədbirlərdən, Azərbaycanın dünyada durmadan artan nüfuzundan söhbət açıb. Jalə Əliyeva, eyni zamanda sosial-iqtisadi proqramlar çərçivəsində Zərdab rayonunda həyata keçirilən infrastruktur layihələrindən, aparılan tikinti və abadlıq işlərindən danışıb.
Sonra qəbul iştirakçılarının müraciətləri dinlənilib, onları narahat edən həllivacib məsələlər ətrafında müzakirə aparılıb. Sakinlərin əkin sahələrinin suvarılmasında yaranan problemlərlə bağlı olaraq qəbul sırasında əlaqədar yerli qurumlarla telefon danışığı aparılıb, qurum əməkdaşları görüşə dəvət edilib, problemin cari həlli üçün yaxın günlərdə lazımi tədbirlər görüləcəyi bildirilib. Sakinlər, Dəkkəoba kəndinə yeni su kanalının çəkilişi məqsədi ilə daha əvvəlki illərdə aparılan layihələndirmə və maliyələşdirmə işlərinin sürətləndirilməsi üçün mərkəzi icra orqanlarına yenidən müraciət etməsini millət vəkilindən xahiş ediblər.
Hər iki kəndin müəyyən ərazilərində elektrik xətlərinin öz istismar müddətini başa vurması səbəbiylə elektrik verilişində yaranan nasazlıqların aradan qaldırılması üçün qəbuldan sonra əlaqədar quruma yazılı müraciət edilməsinə qərar verilib.
Qəbul əsnasında fərdi xarakterli müraciətlər də dinlənilib, qeydə alınıb.
Qəbul içtirakçıları səmini qəbula, göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkür ediblər. Rayonda və ölkədə sosial rufahın yüksəldilməsi naminə görülən hər bir iş üçün dövlət başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.
image-524448331_1330746915722679_7459145672199763358_nimage-524628128_1330747452389292_5649262621129358581_nimage-524209767_1330747569055947_3300921355574226731_nimage-522600299_1330747702389267_4976870443146816582_nimage-524589394_1330747819055922_4449933763482911427_nimage-524200465_1330746822389355_623472848926951493_nimage-522961666_1330746789056025_5093162810233114913_nimage-524443291_1330746449056059_824085294284361371_nimage-524608190_1330746422389395_2856205424061946275_nimage-524307176_1330746862389351_3732158923709378977_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki