Məsuliyyətli addım və doğru qərar
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində yaşadıqlarımız yaddaşlarda silinməz izlər buraxıb. Müstəqilliyini bərpa edən Azərbaycanda hakimiyyətsizliyin mövcudluğu böyük faciələrə yol açdı, respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Belə bir taleyüklü məqam və mərhələdə xalq ayağa qalxdı, öz sözünü dedi, iradəsini ortaya qoyaraq müdrik dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. İnkaredilməz reallıqdır ki, hər bir ölkənin həyatında, hər bir xalqın taleyində həlledici rola malik mühüm dönüş nöqtələri olur. Azərbaycan üçün dönüş nöqtələrindən biri 1992-ci ildə xalqın istəyi, zamanın, dövrün tələbi ilə Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Həmin dönəmin reallıqları xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciətində öz əksini tapmışdı. Dahi şəxsiyyət bu müraciətə cavabında yaşanan problem və faciələrdən xilas yolunu göstərdi. Beləliklə, 21 noyabr 1992-ci ildə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Elə həmin gündən Yeni Azərbaycan Partiyası siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişd. YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı. Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı olaraq Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini























