image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751273750-d3f9d01a49b1c7d0d72a3385da7d5a541e8dfbb6

“Mən onlarla danışmıram” – Tramp

image-legitimaz-810x90

“İrana təklif edəcəyimiz heç nə yoxdur və ABŞ Hərbi Hava Qüvvələri onun nüvə obyektlərinə zərbə endirdikdən sonra Tehranla belə danışmayıb”.

“Xeberaz.info” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mən Obamadan fərqli olaraq İrana heç nə təklif etmirəm (ABŞ-nin keçmiş prezidenti Barak Obama, – red) və biz onların nüvə obyektlərini tamamilə məhv etdiyimiz üçün onlarla danışmıram” – o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb .

Tramp əlavə edib ki, Obama nüvə silahları üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində İrana “milyarlarla dollar” verib.

Bundan əvvəl, İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi Britaniyanın BBC Yayım Korporasiyasına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar İrana nüvə proqramı üzrə danışıqları bərpa etməyi təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki