image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643705025_1469818831164557_8694271911873890958_n

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

image-legitimaz-810x90

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.

 

Tarixin əsas dəyəri ondan nəticə çıxarmaq bacarığındadır. Azərbaycan dövləti Xocalı faciəsini yalnız matəm simvolu kimi deyil, milli gücün formalaşması üçün dərs kimi qəbul etdi. Ordu quruculuğu, milli həmrəylik və strateji səbr illər boyu davam etdi. Bu prosesin kulminasiya nöqtəsi 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə oldu. Bu Qələbə Xocalının da taleyini dəyişdi. Artıq Xocalı yalnız soyqırımı ilə xatırlanan məkan deyil. Xocalı Böyük Qayıdış strategiyasının ayrılmaz hissəsi kimi yenidən gündəmə gəldi. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Xocalının da gələcək simasını müəyyənləşdirdi. Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən tezliklə yenə də uşaq səsləri, evlərdən şənlik sədası gəlir. Bir zamanlar qaranlığa bürünən Xocalıda indi hər evdə gur işıq yanır. Bir il belə çəkmədi, yenidən quruldu bu şəhər. Möcüzədir! Həm də Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev antiterror tədbirlərindən dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərinə səfər etmiş və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu hadisə dövlət suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya hakimiyyətinin bərpasının rəsmi və rəmzi təsdiqi kimi qiymətləndirilir. Xocalı sakinləri ilə görüşdə Memorial Kompleksinin barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Memorial Kompleksin yaradılası ilə bağlı məsələlər uzun illər müzakirə edilib, hətta “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir”. Bu gün Xocalı yalnız keçmişin xatirəsi deyil; o yenidən doğulan, inkişaf edən və gələcəyə ümidlə baxan bir yaşayış məntəqəsidir. Burada yeni həyat qurulur, yeni nəsillər doğulur və bu torpağın sahibləri öz tarixlərini yenidən yazırlar. Bu gün Xocalı inkişaf konsepsiyasında xüsusi yer tutur. İnfrastruktur layihələri, müasir yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi planlı şəkildə həyata keçirilir. Məqsəd sadəcə insanları geri qaytarmaq deyil. Məqsəd təhlükəsiz, dayanıqlı və müasir bir Xocalı qurmaqdır. Bu, post-münaqişə dövrünün ən mühüm siyasi və sosial çağırışlarından biridir.

 

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki