image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643860394_1469819337831173_1886367924328481607_n

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

image-legitimaz-810x90

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

İkinci Qarabağ müharibəsində böyük Zəfərmizə qədər olan dövr ərzində Xocalı faciəsinin ildönümləri xalqımız tərəfindən böyük ağrı ilə, lakin işğal faktı ilə müşayiət olunan bir reallıq fonunda qeyd olunurdu: Xocalı işğal altında olduğu üçün xalqın yaddaşında bu tarix həm faciə, həm də nisgil günü idi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Cənab Prezidentin xüsusən Xocalıda, azad olunmuş torpaqda bu faciənin ildönümünü qeyd etməsi tarixi ədalətin bərpa olunduğunu, Xocalının artıq sahibinə qayıtdığını bütün dünyaya nümayiş etdirir. Bu, həm də siyasi iradənin və qətiyyətin nəticəsinin canlı təzahürüdür. Cənab Prezidentin həmin məkanda olması, vaxtilə soyqırımının törədildiyi torpaqda Azərbaycan dövlətinin suverenliyinin bərqərar olduğunu simvolizə edir”. Bu, bir tərəfdən Xocalı qurbanlarının xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsidir, digər tərəfdən isə çox mühüm siyasi və ideoloji mesajdır: Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və bu yaddaşı gələcək nəsillərə ötürür. Bu memorial kompleks eyni zamanda beynəlxalq ictimaiyyət üçün də bir çağırışdır. Bu, Xocalı həqiqətlərinin artıq yalnız sözlə deyil, konkret tarixi məkanda, azad edilmiş ərazidə, dövlət tərəfindən yaradılmış monumental yaddaş abidəsi ilə təsdiq olunması deməkdir.  Cənab Prezidentin bu gün Xocalıda olması həm də mənəvi qələbənin təntənəsidir. Bu, təkcə torpaqların azad olunması deyil, həm də xalqın ləyaqətinin bərpasıdır. Xocalı qurbanlarının ruhuna ən böyük ehtiram onların torpağında Azərbaycan bayrağının dalğalanması və həmin torpaqda memorial kompleksin ucaldılmasıdır.

Azərbaycan dövləti öz vətəndaşlarının faciəsini unutmur və onların xatirəsini ən yüksək səviyyədə əbədiləşdirir. Bu hadisə Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətin məntiqi davamıdır. İşğal dövründə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyət aparılırdı. Bu gün isə artıq həmin siyasət yeni mərhələyə keçib – azad edilmiş Xocalıda yaddaş məkanlarının yaradılması mərhələsinə. Bu, həm də post-münaqişə dövründə Azərbaycanın tarixi yaddaşını bərpa etməsi, işğalın izlərini silməsi və milli kimliyini möhkəmləndirməsi prosesinin mühüm tərkib hissəsidir.

Azad Kərimli – Zərdab Gənclər evi, Dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki