image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250721-wa0030

Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb-FOTO

image-legitimaz-810x90

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb.

Xeberaz.info” xəbər verir ki, 20 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər.

14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

20 iyul-3 avqust tarixini əhatə edən yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

Layihənin media dəstəkçisi : ASAN Radio/ TV

image-img-20250721-wa0034 image-img-20250721-wa0033 image-img-20250721-wa0032 image-img-20250721-wa0031 image-img-20250721-wa0030


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki