Rusiya və İranın xarici işlər naziri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Cenevrədə aparılmış ABŞ-İran danışıqlarının yekunlarını müzakirə ediblər.
Bu barədə Rusiya XİN məlumat yayıb.
“Nazirlər Cenevrədə baş tutmuş ABŞ-İran təmaslarının yekunları da nəzərə alınmaqla İranın nüvə proqramı ətrafındakı cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.
S.Lavrov bildirib ki, Rusiya nüvə silahının yayılmaması haqqında müqavilənin prinsiplərinə uyğun olaraq İranın qanuni hüquqlarına hörmət edilməklə ədalətli siyasi-diplomatik həllərin axtarışına yönəlmiş danışıqlar prosesini dəstəkləyir.
Söhbət zamanı tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlərə də toxunublar.//Report


























