image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-21b12d57-4226-48a8-a620-c00215872a8e

LAÇIN ŞƏHƏRİ ƏVVƏLKİ ƏZƏMƏTİNİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA GERİ QAYTARACAQ!

image-legitimaz-810x90

26 avqust tarixi də bizim üçün gözəl bir gündür. 2022-ci il avqustun 26-da Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edən cənab Prezident İlham Əliyev bütün laçınlıları bu gözəl gün münasibətilə təbrik edərək demişdir: Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Öz gözəlliyi, səfalı torpaqları ilə seçilən Laçın 30 il əsarətdən sonra, nəhayət ki, azad olunarkən digər torpaqlar kimi  darmadağın olunmuş şəkildə özümüzə qaytarıldı. 1 şəhər, 1 qəsəbə, 125 kəndi olan Laçın yerlə-yeksan edilmişdi. Onun azad olunması isə tarixi bir hadisə idi. Belə ki, Qarabağın digər torpaqlarının azadlığı zamanı minlərlə şəhid versək də Ağdam, Laçın, Kəlbəcərin azadlığı tariximizə zəfərlə yazıldı. Biz bir güllə atmadan Laçınımızı geri aldıq. Buna düşmən məcbur edildi. Bu bizim həyatımıza sevinc hissi yaşadacaq tarixi bir qələbə idi. Laçın rayonunun Ermənistana qalmalı olduğu fikri ilə ermənilər özləri özlərini aldatsalar da, ölkə prezidenti öz qərarında sona qədər qəti idi. Hal-hazırda Laçının inkişafını daim nəzarətdə saxlayan cənab Prezident İlham Əliyev tez-tez buraya səfər edərək quruculuq işlərini çox yüksək səviyyədə və uğurla daha da gücləndirməyə çalışır. Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə məhz xalqımızın inandığı Qalib Lider, Ali Baş Komandan cənab Prezident İlham Əliyev “Dəmir Yumruq” siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə düz 44 gündə son qoydu. Çünki cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bilir: “Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm”. Bəli, bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur, sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Ən əsası isə yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq təşkilatın və ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız yenidən dirçələcək! Azərbaycanın tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Həmçinin Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu günü bizlərə qansız-qadasız bəxş edən, öz müdrik siyasəti ilə işğala son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sevincini, fəxrini, qürurunu bölüşərək tarixi anlara şahid olmağımız da bir tarixdir, bir həyat məktəbidir. O, məktəb ki, əsasını Ulu öndər Heydər Əliyev qoyub və cənab Prezident İlham Əliyev davam etdirir, Azərbaycan xalqı isə qürurla və fəxrlə gələcəyə nikbin baxır. “Laçın Şəhəri Günü”müz mübarək olsun!”

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki