Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin agenti Krım Respublikasında Rusiya Müdafiə Nazirliyinin (MN) yüksək rütbəli zabitinə qarşı terror aktı törətməyə cəhd edib.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Baş Kəşfiyyat İdarəsinin (GUR) göstərişi ilə xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş Ukrayna vətəndaşı ona verilmiş partlayıcı qurğudan istifadə edərək şəxsi avtomobilində rus hərbçisini partlatmalı olub”, – agentliyin açıqlamasında deyilir.
Hücum edən şəxs FTX əməkdaşlarına silahlı müqavimət göstərib və zərərsizləşdirilib. Axtarış zamanı qərb istehsalı olan partlayıcı qurğunun komponentləri, habelə onun idarəedicisi ilə əlaqə saxlamaq üçün istifadə etdiyi rabitə avadanlığı götürülüb.
Müəyyən edilib ki, terror aktını törədən şəxs GUR-un əməkdaşı, 1984-cü il təvəllüdlü Rüstəm Fəxriyevdir.


























