image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c7e65a8598ea1bcbc776ab694716a7e5-1

Kremldən Trampın bəyanatına SON DƏQİQƏ REAKSİYASI

image-legitimaz-810x90

“ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatı çox ciddidir”.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O bildirib ki, Vladimir Putin bu bəyanatlara hələlik münasibət bildirməyib.

“ABŞ prezidentinin bəyanatları kifayət qədər ciddidir. Onlardan bəziləri birbaşa prezident Putinə ünvanlanıb. Vaşinqtonda deyilənləri təhlil etmək üçün bizə vaxt lazımdır. Nə zaman prezident Putin bunu zəruri hesab etsə, o, mütləq şərh verəcək”, – deyə Peskov qeyd edib.

Dmitri Peskov əlavə edib ki, “bu cür qərarlar” – istər Vaşinqtonda, istər NATO ölkələrində, istərsə də birbaşa Brüsseldə qəbul olunsun – Ukrayna tərəfindən “sülhə çağırış deyil, müharibənin davamına siqnal” kimi qəbul olunur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva Kiyevlə danışıqlara hazırdır, lakin bu çağırış cavabsız qalarsa, “xüsusi hərbi əməliyyat vasitəsilə qarşıya qoyulan məqsədlərə çatmaqda davam edəcək”.

Xatırladaq ki, Donald Tramp bəyanatla çıxış edərək 50 gün ərzində Ukraynada atəşkəs razılaşması əldə olunmasa, ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcəyini bildirib. O bəyan edib ki, ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib və bu silahların maliyyə yükü Avropanın üzərinə düşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki