image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5b373b6922c5b_tutuldu

Kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanıldı

image-legitimaz-810x90

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Xeberaz.info-nun məlumatına görə, zərərçəkən polisə müraciət edərək sifariş verdiyi 1800 manat dəyərində kosmetoloji vasitələrin talandığını bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əlizadə və Z.Rüstəmzadə saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənin sifariş verdiyi 50 qutu kosmetik ləvazimat çatdırılma şirkəti vasitəsilə ona göndərilib. Saxlanılan şəxslər isə həmin şirkətin kuryer xidmətini həyata keçirərkən yolda bağlamaların bir hissəsini oğurlayıblar. Onlar ifadələrində taladıqları kosmetik ləvazimatları satdıqlarını bildiriblər.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki