Ukraynaya hərbi yardımın artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Kiyevin müharibədə qələbə qazanmasına imkan verəcəyi barədə təsəvvür illüziyadır.
Xeberaz.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Belə bir illüziya var ki, guya biz daha çox pul və silah versək, yaxud daha çox sanksiya tətbiq etsək, qələbə bizim olacaq. Sülhü nə uğursuz diplomatlar, nə də illüziyalar dünyasında yaşayan siyasətçilər əldə edə bilərlər. Bunu real dünyada yaşayan ağıllı insanlar edə bilər”, – o qeyd edib.
Vensin sözlərinə görə, Donald Tramp administrasiyasının üzərində çalışdığı bu sülh planına yönələn istənilən tənqid ya onun səhv anlaşılması, ya da yerdəki mühüm reallıqların təhrif edilməsinə əsaslanır.
ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, münaqişənin nizamlanmasına dair istənilən təkliflər həm Rusiya, həm də Ukrayna üçün qəbulolunan olmalı, həmçinin müharibənin yenidən başlanması ehtimalını minimuma endirməyə yönəlməlidir.


























