Pakistanın Feysalabad şəhərində yerləşən kimya fabrikində qazanın partlaması nəticəsində 16 nəfər ölüb.
Xeberaz.info xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Bildirilib ki, güclü partlayışdan sonra fabrikdə yanğın başlayıb.
Partlayış nəticəsində müəssisənin və yaxınlıqdakı evlərin damları uçub.
Hazırda 16 nəfərin cəsədi çıxarılıb, dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.
Xilasetmə xidmətləri hadisə yerində işləri davam etdirir.


























