Amerika kəşfiyyat orqanları İran rəsmilərinin telefon danışığını dinləyib və nüvə obyektlərinə zərbələrin gözlənildiyi qədər güclü və dağıdıcı olmadığı məlumatını əldə edib.
‘Xeberaz.info” xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Həmin söhbətdə İranın yüksək rütbəli rəsmiləri bu ay İranın nüvə proqramının komponentlərinə endirilən zərbələri müzakirə edərək, hücumun gözlədiklərindən daha az dağıdıcı olduğunu bildiriblər. Xüsusilə də İran rəsmiləri Trampın əmr etdiyi zərbələrin nə üçün gözlədikləri kimi dağıdıcı və geniş yayılmadığı ilə bağlı müzakirə aparıblar”,- məlumatda deyilib.
Ağ Evin mətbuat katibi Karolina Livitt isə nəşri kontekstdən çıxarılan məlumat “sızması” adlandırıb:
“Adı açıqlanmayan İran rəsmilərinin dağıntılar altında yüzlərlə fut dərinlikdə nə baş verdiyini bildiyini söyləmək tamamilə cəfəngiyyatdır. Onların nüvə proqramına son qoyulub”.