Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Azərbaycanın ən gözəl guşələrindən biri olan Kəlbəcər diyarı həm təbiəti, həm tarixi, həm də mədəni irsi ilə xalqımız üçün xüsusi önəm daşıyır. Kəlbəcər şəhəri günü bu qədim diyarın zəngin keçmişinə, qəhrəman övladlarına və doğma torpaqlarımıza qayıdış sevincinə həsr olunmuş əlamətdar bir gündür.
Kəlbəcər bölgəsi Azərbaycanın qərbində, dağlıq ərazidə yerləşir və əsrarəngiz təbiəti ilə seçilir. Buradakı dağlar, bulaqlar, əsrlərlə formalaşmış təbiət möcüzələri ölkəmizin əsl sərvətidir. İstisu kimi mineral bulaqları, Tərtər çayı vadisi, Qaragöl, eləcə də qədim qala və məbədlər Kəlbəcərin tarixi-mədəni zənginliyini nümayiş etdirir.
Kəlbəcər şəhəri günü təkcə bir coğrafi adın bayramı deyil, həm də milli birlik və qürur günüdür. Otuz ilə yaxın işğal altında qalan bu torpaqlara 2020-ci ildə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində qovuşmağımız xalqımızın tarixində mühüm mərhələ yaratdı. Bu gün Kəlbəcərdə yenidənqurma və bərpa işləri geniş vüsət alıb, şəhərin və kəndlərin dirçəlişi bütün Azərbaycan xalqı üçün sevinc mənbəyidir.
Kəlbəcərin hər daşı, hər bulağı bir tarix, bir dastandır. Burada doğulan sənətkarlar, şairlər, qəhrəmanlar Azərbaycan mədəniyyətinə dəyərli töhfələr veriblər. Kəlbəcər şəhəri günü bu mənəvi mirasın yaşadılması, gənc nəsillərə ötürülməsi üçün mühüm bir bayramdır.
Bu bayram həm vətənə sevginin, həm də əzmkarlığın rəmzidir. Kəlbəcər şəhəri günü bizə göstərir ki, xalq bir olduqda, doğma torpağına sahib çıxmaq və onu dirçəltmək mümkündür.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd saki






















