image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1735461359_kamran_aliyev_171221

Kamran Əliyev bu şöbəyə rəis təyin etdi

image-legitimaz-810x90

Hərbi Prokurorluqda yeni təyinat olub.

“Xeberaz.info” Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki