image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-raket_iran

İsraili qoruyacaq istənilən ölkə vurulacaq! – İrandan təhdid

image-legitimaz-810x90

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.

”Xeberaz.info” Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi İsrailin İran ərazisinə zərbələrində ABŞ-ın iştirak etdiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki