image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e992111e162452131380832777610379992

İşğalın nəticələri

image-legitimaz-810x90

İşğalın nəticələri.

44 gündə 30 ilin işğalına son qoymaq özündə bütün məqamları ehtiva edir. Hər zaman Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən “Hücum!” əmrini gözləyən rəşadətli ordumuzun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq, şücaət, yazdığı Zəfər tarixi dünyaya səs saldı. Müharibənin başlandığı gündən cəbhədən gələn xoş xəbərlər hər birimizi sevindirdi, işğala son qoyulacağına inamı daha da artırdı. Qeyd etdiyimiz kimi, Cəbrayıl ilk azad edilən şəhərimiz oldu. Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrini daha da ruhlandırdı, hər an irəliyə doğru addımlayaraq 44 günün hər gününü tariximizə Zəfər səhifələri kimi yazdı. Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı. Artıq bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildikləri günləri qeyd edirik. Bununla bərabər, onların işğalını da unutmamalı, tariximizin hər bir səhifəsinin indiki və gələcək nəsillərə çatdırılmasına çalışmalıyıq. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.  İşğal nəticəsində bu rayona 13,928 milyard ollar məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci  Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dağtumas kəndinin yaxınlığında yerləşən Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar. Tarixi Zəfərimizdən ötən 5 ildə işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da özünün dirçəliş dövrünü yaşayır. Qarabağ probleminin tarixə qovuşmasından dərhal sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. İlk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Dövlət başçısının hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

 

Rayon Ağsaqqallar Şurasının üzvü- Babək Əliyev.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki