İranın kosmosa göndərdiyi “Hodhod” adlı peyki yoxa çıxıb.
Xeberaz.info “Azad İran”a istinadən xəbər verir ki, bu barədə İranın kosmos şirkətinin baş direktoru Hüseyn Şəhrabi bildirib.
O, rejimin kosmosa göndərdiyi peyklərdən birinin 12 günlük müharibənin başlamasına iki həftə qalmış “arzuolunmaz əmr” aldığını və onunla əlaqənin tamamilə kəsildiyini açıqlayıb.
Şəhrabi həmçinin təsdiqləyib ki, “Hodhod” peykindən əlavə İranın “Kövsər” adlı başqa bir peyki də problem yaşayır, şəkil və video göndərə bilmir.