image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b385633c9dfa4258b3bd565dc4f42704

İran XİN-dən Aİ-yə sərt reaksiya: SEPAH-ın “terror təşkilatı” kimi tanınması pisləndi

image-legitimaz-810x90

Xeberaz.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin SEPAH – İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi qiymətləndirməsinə kəskin reaksiya verib.

İran XİN-in yaydığı bəyanatda Aİ-nin bu addımı “qanunsuz, ağılsız və qərəzli qərar” kimi xarakterizə olunur. Rəsmi Tehranın mövqeyinə görə, qərar guya İran İslam Respublikasına qarşı əsassız ittihamlar üzərində qurulub və “şanlı SEPAH”ın ləkələnməsinə xidmət edir.

Bəyanatda bildirilir ki, SEPAH İranın rəsmi silahlı qüvvələrinin ayrılmaz hissəsidir və ölkə Konstitusiyasına uyğun olaraq İranın suverenliyinin, milli təhlükəsizliyinin qorunmasında, regional sabitliyin təminində və terrorizmlə mübarizədə “əvəzsiz və şərəfli rol” oynayır. Xüsusilə qeyd olunur ki, SEPAH İŞİD-ə qarşı mübarizədə iştirak edib və Tehranın iddiasına görə, bu terror qruplaşması “bəzi Avropa ölkələri və ABŞ-ın sövdələşməsi və planları nəticəsində meydana çıxıb”.

İran XİN vurğulayır ki, hər hansı rəsmi dövlət qurumuna terror təşkilatı statusu verilməsi “təhlükəli və qanunsuz presedent”dir və beynəlxalq hüquqa ziddir.

Bəyanatda Avropa ölkələrinin insan haqları ilə bağlı açıqlamaları da sərt tənqid olunur. İran tərəfi bu bəyanatları “iyrənc yalan və fırıldaqçı manevr” adlandıraraq bildirir ki, Avropa dövlətləri 1980-ci illərdə İran–İraq müharibəsi zamanı Səddam Hüseyn rejiminə verdikləri dəstəyə, eləcə də son onilliklərdə ABŞ-ın sərt sanksiyalarına qoşulmalarına görə iranlıların fundamental hüquqlarının pozulmasına görə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Avropa İttifaqının SEPAH-la bağlı mövqeyi regionda ciddi müzakirələrə səbəb olub. Azərbaycandan baxış bucağından da SEPAH uzun illərdir terror fəaliyyəti, silahlı qruplara dəstək və region ölkələrinin daxili işlərinə müdaxilə ilə assosiasiya olunur və terror strukturu kimi qəbul edilir. Bu kontekstdə Tehranın Aİ-yə yönəltdiyi ittihamlar regional reallıqlarla uzlaşmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki