image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1746994979-2-pic_32ratio_900x600-900x600-84780

“İran nüvə tədqiqatlarından əl çəkməyəcək” – Pezeşkian

image-legitimaz-810x90

“Ölkənin bütün nüvə obyektlərindən imtina ilə bağlı ABŞ-la müzakirələr qəbuledilməzdir.

“Xeberaz.info” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

“İran nüvə silahı yaratmağa can atmır. Onlar (ABŞ. — red.) bizə dedilər ki, bizim nüvə silahı əldə etmək istəmədiyimizə əmin olmaq istəyirlər – biz buna tam hazırıq”, – siyasətçi bildirib.

O əlavə edib ki, Tehran dinc nüvə proqramı çərçivəsində tədqiqatlardan əl çəkməyəcək, çünki ölkə alimlərinin bu sahədə əldə etdiyi nailiyyətlər tibb, kənd təsərrüfatı, sənaye və ətraf mühitin mühafizəsində istifadə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki