İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-35 qırıcı təyyarəsini vurub.
”Xeberaz.info” xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb.
Qeyd olunub ki, pilot katapult edib. Onun taleyi məlum deyil.
***
İsrail Müdafiə Qüvvələri İranın İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarəsini vurması ilə bağlı iddiasını təkzib edib.
Bu barədə İsrail ordusunun sözçüsü Avicay Adri mətbuat konfransında bildirib.
“İran ordusu və rejimə aid media oraqlarının İran səmasında İsrailə məxsus qırıcı təyyarələrin vurulması ilə bağlı yaydıqları məlumat yalandır. İran rejimi həmişəki kimi yalan danışır”, – sözçü deyib.