image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zelenski-yeni

İran-İsrail gərginliyi Rusiya üçün sərfəlidir – Zelenski

image-legitimaz-810x90

İran və İsrail arasındakı yeni münaqişə dalğası Ukrayna üçün xüsusilə enerji və təhlükəsizlik baxımından əlavə risklər yaradır.

”Xeberaz.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ölkə başçısı vurğulayıb ki, İsrailin İrana zərbələrinin nəticələri artıq nəzərə çarpır:

“Neftin qiyməti qalxıb və bu, Rusiya üçün sərfəlidir. İxrac qiymətinə məhdudiyyət tətbiq edilməsə, Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə oluna biləcək əlavə mənfəət əldə edəcək”.

Zelensi Yaxın Şərqdə gərginliyin artması fonunda Qərbin Ukraynaya yardımını azaltmamasını istəyib.

“Amerika ilə İsrail arasında münasibətlərə kimsə qarşı çıxmır, lakin istərdik ki, bu səbəbdən Ukraynaya dəstək azaldılmasın. Sonuncu dəfə bu məsələ yardımı ləngitmişdi. Bu isə faktdır”, – Zelenski əlavə edi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki