İnsan amilinin dövlət siyasətində prioritetliyi
Müasir dünyada dövlətlərin davamlı inkişafı, ictimai sabitliyin qorunması və beynəlxalq nüfuzun möhkəmləndirilməsi humanizm dəyərlərinə əsaslanan siyasi yanaşmadan bilavasitə asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ideoloji əsaslarında da məhz insan amili, humanist düşüncə, sosial ədalət və ümumbəşəri dəyərlərə hörmət xüsusi yer tutur. Prezident İlham Əliyevin təşəbbüsləri həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə humanizmin praktik təzahürü kimi çıxış edir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətində insan hüquq və azadlıqlarının qorunması, vətəndaş rifahının yüksəldilməsi əsas məqsədlərdən biri kimi müəyyən olunmuşdur. Sosialyönümlü iqtisadi islahatlar, əhalinin həssas təbəqələrinin müdafiəsi, pensiya və sosial müavinətlərin mütəmadi artırılması humanist dövlət idarəçiliyinin bariz nümunəsidir. Bu yanaşma dövlətin gücünü iqtisadi göstəricilərlə yanaşı, insan kapitalının inkişafında görən müasir idarəçilik fəlsəfəsinə söykənir.
Ümumbəşəri humanizm dəyərlərinin əsas tərkib hissələrindən biri müxtəlif mədəniyyətlərə və inanclara hörmət prinsipidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dünyada multikulturalizm və tolerantlıq modelinin uğurlu nümunəsi kimi tanınır. Dini icmalar arasında qarşılıqlı hörmətin qorunması, ibadət yerlərinin bərpası və dövlət dəstəyi ilə fəaliyyət göstərməsi humanist siyasətin real nəticəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsi bu istiqamətdə atılmış mühüm addımlardır.
Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasəti ölkə sərhədlərindən kənarda da öz əksini tapır. Azərbaycan beynəlxalq humanitar təşəbbüslərlə çıxış edərək qlobal problemlərin həllinə töhfə verir. Xüsusilə, inkişaf etməkdə olan ölkələrə humanitar yardım göstərilməsi, təbii fəlakətlər zamanı operativ dəstək, səhiyyə və təhsil sahəsində beynəlxalq layihələrin maliyyələşdirilməsi humanitar diplomatiyanın mühüm komponentləridir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasət Prezident İlham Əliyevin humanist baxışlarının xüsusi göstəricisidir. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması insan mərkəzli siyasətin əsas hədəflərindəndir. Eyni zamanda, bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş çağırışlar ümumbəşəri humanizm prinsiplərinə söykənir.
Prezident İlham Əliyevin təşəbbüslərində gənclərin inkişafı, təhsilə çıxış imkanlarının genişləndirilməsi və sağlam mühitdə yetişməsi mühüm yer tutur. Təhsil proqramları, beynəlxalq təqaüd layihələri, gənclərin innovativ fəaliyyətə cəlb olunması gələcək nəsillərin sosial məsuliyyət və humanist dəyərlər əsasında formalaşmasına xidmət edir. Bu, humanizmin yalnız bu gün üçün deyil, uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı üçün əsas faktor kimi qəbul edildiyini göstərir.
Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən təşəbbüslər Azərbaycan dövlətinin inkişaf strategiyasının mənəvi və ideoloji əsasını təşkil edir. İnsan hüquqlarına hörmət, sosial ədalət, tolerantlıq, sülh və əməkdaşlıq kimi dəyərlər Prezident İlham Əliyevin siyasi iradəsində sistemli və ardıcıl şəkildə reallaşır. Bu təşəbbüslər təkcə milli maraqlara deyil, bütövlükdə bəşəriyyətin rifahına xidmət edən nümunəvi dövlətçilik modelini formalaşdırır.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim

























